Operativ Məlumat Mərkəzi

Əli Əsədov Türkiyənin Vitse-prezidentini təbrik edib - 29.05.2023

2 dəq
Paylaş:
Əli Əsədov Türkiyənin Vitse-prezidentini təbrik edib - 29.05.2023

Mayın 29-da Respublikasının Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya ünvanlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda vurğulanıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türkiyə xalqı ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini və xidmətlərini yüksək qiymətləndirib, bu seçkilərdə də ona etimad göstərib.

Milli iradənin və demokratiyanın təntənəsi olan bu səsvermənin nəticələrinin Azərbaycanda da böyük sevinc və coşqu ilə qarşılandığı diqqətə çatdırılıb.

Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada, dəstəyə əsaslanan və dövlət başçılarının rəhbərliyi ilə bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və hər iki ölkənin xalqlarının rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax