Əsas məzmuna keç

Əli Əsədov təyyarə qəzası zamanı operativ reaksiya və hərtərəfli dəstəyə görə Qazaxıstana təşəkkür edib

Əli Əsədov təyyarə qəzası zamanı operativ reaksiya və hərtərəfli dəstəyə görə Qazaxıstana təşəkkür edib

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 27-də Qazaxıstan Respublikasının Bakıdakı səfirliyində olub. Nazirlər Kabinetindən "Operativ Məlumat...

Azərbaycanın Baş naziri dekabrın 27-də Respublikasının Bakıdakı səfirliyində olub.

Nazirlər Kabinetindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Ə.Əsədov Aktau şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə söhbət edib.

Ə.Əsədov və A.Bayel və Qazaxıstan xalqları üçün bu çətin və kədərli məqamda bir-birilərinə, həlak olan şəxslərin ailələrinə başsağlıqlarını ediblər, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.

Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ reaksiyaya, müxtəlif dövlət orqanlarının çevik və hərtərəfli dəstəyinə görə Qazaxıstan hökumətinə bir daha minnətdarlıq ifadə olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…