Operativ Məlumat Mərkəzi

Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb

2 dəq
Paylaş:
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb

Respublikasının Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İ.Kobaxidze İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə 5-ci Tbilisi İpək Yolu Forumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq əsasında hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Baş nazirlər iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələri nəzərdən keçiriblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax