Əsas məzmuna keç

Əli Əsədov Putinlə görüşdü

Əli Əsədov Putinlə görüşdü

bu haqda Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb....

Azərbaycanın Baş naziri iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.

Ə.Əsədov görüşdə çıxış edərək, İlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Azərbaycan-Rusiya strateji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…