Əsas məzmuna keç

Əli Əsədov Mirziyoyevlə görüşdü

Əli Əsədov Mirziyoyevlə görüşdü

Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın Baş naziri iyunun 10-da bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Ə.Əsədov İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

Ş.Mirziyoyev İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə ilə Özbəkistan arasında dostluq və münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulanıb.

İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…