Əsas məzmuna keç

Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb. Bu barədə"Operativ Məlumat...

Azərbaycanın Baş naziri ölkəmizdə səfərdə olan Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM" Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə F.Cudanın Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində iştirakı yüksək qiymətləndirilib.

İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığı və bu sahədə qazandığı uğurların beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Eyni zamanda Minifutbol Federasiyası ilə Dünya Minifutbol Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…