Operativ Məlumat Mərkəzi

Əli Əsədov: Azərbaycan və Rusiya Xəzərin dayazlaşması problemi ilə məşğul olacaqlar

2 dəq
Paylaş:
Əli Əsədov: Azərbaycan və Rusiya Xəzərin dayazlaşması problemi ilə məşğul olacaqlar

Bakı və Moskva Xəzər dənizinin dayazlaşması problemi ilə olacaq komissiya formalaşdırıb. Digər Xəzəryanı dövlətlərin də onun işinə qoşulacağına ümid edirlər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın rusiyalı həmkarı Mixail Mişustinlə danışıqlar zamanı bildirib.

Ə.Əsədov xatırladıb ki, Prezidenti Vladimir Putinin avqustda Azərbaycana dövlət səfəri zamanı Xəzər problemləri müzakirə olunub.

"İki ölkənin prezidentlərinin tapşırığı ilə artıq nazir müavinləri səviyyəsində ikitərəfli işçi qrupları formalaşdırılıb. Bu gündəlik çox vacibdir. Düşünürəm ki, digər Xəzəryanı ölkələr də buna qoşula bilər", - Azərbaycanın Baş naziri bildirib.

O qeyd edib ki, komissiyanın qarşısında dəniz səviyyəsinin azalmasına təsir edən səbəbləri aydınlaşdırmaq və dayazlaşmanın azaldılmasına kömək edəcək tədbirlər hazırlamaq vəzifəsi durur.

"Bu, bizim region üçün vacib problemdir. Rusiya üçün də bunun çox vacib olduğuna ümid edirəm. Vladimir Putin də bu barədə danışıb", - deyə Ə.Əsədov bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax