Operativ Məlumat Mərkəzi

Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir

2 dəq
Paylaş:
Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir

Azərbaycanla arasında sülh sazişinin yekunlaşdırılması üçün ikitərəfli danışıqlar kritik yekun mərhələyə qədəm qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin "Faro di Rome" və "Eurasiaticanews" üçün yazıçı və tarixçi Karlo Marinoya eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, proses Azərbaycanın Ermənistanla davamlı, təhlükəsiz və dönməz sülhə nail olmaq üçün güclü öhdəliyini bir daha təsdiq etməyə hesablanıb:

"Bu məqsədə çatmaq üçün bizim müqəddəs borcumuzdur ki, gələcək sülh sazişi ərazi iddialarına, təcavüzə və ya hərbi münaqişəyə qayıdışını hətta nəzəri cəhətdən də tamamilə qeyri-mümkün etsin. Azərbaycan bu vəbadan kifayət qədər çəkib və gələcəkdə bu ssenarinin təkrarlanmasının qarşısını almaq istəyir. Bunun üçün Ermənistan Azərbaycanın suveren ərazisinin bir hissəsi ilə bağlı hazırkı Konstitusiyasında əksini tapmış aşkar ərazi iddialarını təcili həll etməlidir. Sülh yolunda bu əsas maneənin aktuallığını inkar etməklə və nəyin bahasına olursa-olsun, zəif tərtib olunmuş mətni imzalamaq üçün sadə və praktiki olmayan yollar seçməklə Ermənistan, görünür, qonaq otağındakı filə məhəl qoymur və arasında onilliklər boyu davam edən rəqabətin və qarşıdurmanın əsas səbəbini xalçanın altına süpürməyə çalışır. Beləliklə, bu gün top Ermənistanın meydanındadır və ümid edirik ki, münasibətlərimizin faciəli səhifəsini çevirmək üçün tarixi fürsət əldən verilməyəcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax