Əsas məzmuna keç

DYP sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

DYP sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Baş Dövlət İdarəsi yağıntılı ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumata görə son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti növbəti günlərdə də davam edəcək.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması məqsədilə hərəkət iştirakçılarını qaydalarına riayət etməyə, xüsusilə şəxsi avtomobillə dağlıq və dağətəyi rayonlara səfər edən, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz havalarda sürət həddini minimuma endirməyə, yol şəraitini nəzərə almağa, hərəkət zamanı kifayət qədər ara məsafəsi saxlamağa, nasaz vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…