Operativ Məlumat Mərkəzi

DYP piyadalara xəbərdarlıq edib - 02.11.2023

2 dəq
Paylaş:
DYP piyadalara xəbərdarlıq edib - 02.11.2023

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol- hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, Sumqayıt şəhərində təşkil olunan növbəti tədbir zamanı yaxınlıqdakı yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, öz həyat və sağlamlıqlarına biganə yanaşaraq inzibati xətalara yol verən şəxslərin diqqətinə çatdırılıb ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, sürət həddi 80 kilometr/saat və daha artıq müəyyənləşdirilmiş yollarda isə 40 manat məbləğində inzibati cərimə tətbiq olunur.

İdarə piyada intizamının möhkəmləndirilməsinə yönələn tədbirlərin mütəmadi olaraq həyata keçiriləcəyini bildirir və hər kəsi cəmiyyətimiz üçün mühüm kəsb edən bu məsələdə həmrəy olmağa çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax