Operativ Məlumat Mərkəzi

DYP bayram tətilindən dönənlərə müraciət edib

2 dəq
Paylaş:
DYP bayram tətilindən dönənlərə müraciət edib

DİN-in Baş Dövlət İdarəsi səfərdən dönən iştirakçılarına müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarda hərəkət intensivliyi artacaqdır.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş -ruhiyyə ilə başa çatması üçün qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir.

Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax