Operativ Məlumat Mərkəzi

Dünyada mina qurbanlarının sayı 4 710 nəfərə çatıb - HESABAT

1 dəq
Paylaş:
Dünyada mina qurbanlarının sayı 4 710 nəfərə çatıb - HESABAT

Dünyada 4 710 nəfərin minaların və müharibənin partlayıcı qalıqlarının qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Kampaniyanın hazırladığı "Landmine Monitor Report 2023" layihəsində əksini tapıb.

Bildirilib ki, onların 1 661 həlak olub, 3 015 nəfəri yaralanıb, 34 nəfərin statusu məlum deyil: "Mina qurbanlarının 85 %-i mülki insanlardır, onların da 49 %-ni uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriya və Ukraynada qeydə alınıb. Mina qurbanlarının əksəriyyəti kişilər və oğlan uşaqlarıdır".

"Hələ də dünyanın ən azı 60 ölkəsində minalarla çirklənmə qeydə alınıb. Son il ərzində üzv dövlətlər tərəfindən 219.31 km² təmizlənib və 169 276 piyada əleyhinə mina tapılaraq məhv edilib. Konvensiyaya üzv olan 94 ölkə ehtiyatında olan 55 milyon minanı məhv etdiyini rəsmi bildirib", - hesabatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax