Operativ Məlumat Mərkəzi

Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırovun məhkəməsi başlayıb

2 dəq
Paylaş:
Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırovun məhkəməsi başlayıb

Dövlətə etməkdə Azər Bağırovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış üzrə məhkəmə prosesi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə olunan Azər Bağırov DTX tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Respublikasına gətirilib. İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax