Operativ Məlumat Mərkəzi

"Balasanyan Natiq Qasımova dəfələrlə ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib"

2 dəq
Paylaş:
"Balasanyan Natiq Qasımova dəfələrlə ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib"

Vitali Natiq Qasımova ağır və dəhşətli verərək qətlə yetirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunub.

"Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak etmiş, çoxsaylı müharibə cinayətləri törətmişdir. Sonradan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “ şurasının rəhbəri” olub", - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax