Operativ Məlumat Mərkəzi

Donald Tramp planını açıqlayıb

2 dəq
Paylaş:
Donald Tramp planını açıqlayıb

Noyabrın 5-də keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının namizədi Tramp Nyu-York İqtisadi Klubunun təşkil proqramda çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp çıxışında noyabrda keçiriləcək seçkilərindən sonra qalib gələcəyi halda, ölkənin Milli təhlükəsizliyi üçün lazım olan bütün materialların ABŞ-də olunacağını və milyonlarla yeni istehsalat iş yeri yaradacağı barədə danışıb.

Nümunə olaraq F-35 döyüş təyyarəsi proqramını göstərən Tramp, bu təyyarəni istehsal etmək üçün bir neçə ölkə ilə etdiklərini və bunu artıq tək başına müstəqil yerinə yetirməli olduqlarını qeyd edib.

Qeyd edək ki, F-35 yeni nəsil döyüş təyyarələrinin istehsalı Birləşmiş Krallıq, Kanada, Avstraliya, İtaliya, Hollandiya, Danimarka və Norveç də daxil olmaqla ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli proqramdan ibarətdir. Tramp çıxışında həmçinin noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə milyarder İlon Maskın sədrliyi ilə “hökumətin səmərəliliyi komissiyası” yaradacağını bildirib. Bu açıqlamadan sonra Mask bu gün "X" hesabında "Fürsət yaranarsa, Amerikaya xidmət etməyi səbirsizliklə gözləyirəm" deyə paylaşım edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax