Operativ Məlumat Mərkəzi

Diplomatik xidmətə qəbul olunmayacağı nəzərdə tutulan şəxslərin siyahısı müəyyənləşir

2 dəq
Paylaş:
Diplomatik xidmətə qəbul olunmayacağı nəzərdə tutulan şəxslərin siyahısı müəyyənləşir

xidmətə qəbul olunmayacağı nəzərdə şəxslərin siyahısı müəyyənləşir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu, “Diplomatik haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, din xadimləri, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, yaxud barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər, məhkəmənin qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər diplomatik xidmətə qəbul olunmayacaqlar.

Həmçinin tibbi rəyə əsasən əqli və ya fiziki pozuntlarına görə diplomatik xidmət orqanlarında xidmət keçməyə qadir olmayan şəxslər; dövlət orqanlarında (qurumlarında) əvvəllər yol verdiyi kobud pozuntuya və ya qulluqla (xidmətlə) bir araya sığmayan hərəkətlərə görə qulluğuna (xidmətinə) və ya əmək müqaviləsinə xitam verilmiş şəxslər və qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı hərbi mükəlləfiyyətli şəxslər də diplomatik xidmətə qəbul olunmayacaq şəxslər siyahısında yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax