Operativ Məlumat Mərkəzi

DİN: Onlayn qəbula yazılaraq ərazi polis rəislərinə birbaşa müraciət etmək olar - VİDEO

2 dəq
Paylaş:
DİN: Onlayn qəbula yazılaraq ərazi polis rəislərinə birbaşa müraciət etmək olar - VİDEO

Vətəndaşlara xidmətlərin keyfiyyətinin artırılması, polis-vətəndaş münasibətlərində qarşılıqlı etimadın, şəffaflığın və məmnunluğun təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

DİN Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, vətəndaşlar şəkildə qəbula ərazi polis orqanlarının rəislərinə birbaşa müraciətlərini edə bilərlər.

Məlumata görə, müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və “e-polis” tətbiqində bölmə yaradılıb:

"Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.

Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir.

“E-polis”- daim yenilənərək təkmilləşən mobil tətbiq!".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax