Operativ Məlumat Mərkəzi

Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, respublikanın bir-sıra rayonlarında xarakterli yağış yağır.

Əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, , Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Yağan leysan yağışı nəticəsində Qax rayonu ərazisindən keçən Kürmükçaydan və Samux rayonu ərazisində axan Qabırrıcaydan sel keçir.

Bununla yanaşı Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Goranboyda 22 m/s, Tərtərdə 20 m/s, Altıağacda 16 m/s, Bakıda və yarımadasında arabir 23 m/s-dək şimal-qərb küləyi güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax