Operativ Məlumat Mərkəzi

Daha bir məktəb təmirdən sonra istifadəyə verildi - FOTOLAR

1 dəq
Paylaş:
Daha bir məktəb təmirdən sonra istifadəyə verildi - FOTOLAR

Fevralın 10-da Şəmkir rayonu Zəyəm qəsəbə tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Anar Məcidov məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıblar.

Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1176 yerlik məktəb Elm və tərəfindən əsaslı təmir olunub. Məktəbdə sinif otaqları, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, inzibati heyət üçün iş otaqları istifadəyə verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax