Operativ Məlumat Mərkəzi

Daha 15 ailə Şuşaya köçürüb

2 dəq
Paylaş:
Daha 15 ailə Şuşaya köçürüb

İşğaldan azad olunmuş Şuşa şəhərinə növbəti köç yola salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti ailələrdən ibarət köç karvanı mayın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 15 ailə – 57 nəfər köçürülür. Ailələrdən 8-i (31 nəfər) Bakı şəhərindən, 2-si (6 nəfər) isə Abşeron rayonundandır, Sumqayıt (4 nəfər), Mingəçevir (4) şəhərləri, habelə Bərdə (5), Oğuz (5), Ağdam (2) rayonlarının isə hər birindən bir ailə köçürülür. Mingəçevir şəhəri, həmçinin Ağdam, Bərdə və Oğuz rayonlarında məskunlaşmış 4 ailə (16 nəfər) yaşadıqları ərazidən yola salınacaq. Onlar Ağdam rayonunun Təzəkənd kəndində keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Beləliklə, İlham Əliyevin rəhbərliyi ilə Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra yurdlarına qayıtmasına imkan yaranıb. Onlar əraziləri işğaldan qurtaran Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax