Operativ Məlumat Mərkəzi

"COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı keçirilib

2 dəq
Paylaş:
"COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı keçirilib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP29 - İqlim, və Biz” kitabının təqdimatı keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “EkoSfera” - Mərkəzinin Azərbaycanvə rus dillərində pilot şəklində hazırladığı iqlim dəyişmələri haqqında vəsaitin hazırda ingilis dili versiyası üzərində işlər gedir.

Hər üç dildə onlayn olaraq yayımlanacaq metodik vəsait bu sahədə məlumat əldə etmək istəyən hər kəs üçün olacaq.

Kitabın ilk 28 bölməsini “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin mütəxəssisləri hazırlayıblar.

Yekun 29-cu dərs isə COP29 Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova tərəfindən oxuculara tövsiyələr şəklində tamamlanıb.

Kitabın ideya müəllifi və baş redaktoru “EkoSfera” SEM-in rəhbəri Firuzə Sultan-zadədir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax