Əsas məzmuna keç

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - 15.10.2025

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - 15.10.2025

bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məhkumla qısamüddətli görüşə gəlmiş atasının gətirdiyi sovqata baxış keçirilən zaman...

Ədliyyə Nazirliyinin xidmətinin aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə maddələrin keçirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin xidmətindən məlumat verilib.

Məhkumla qısamüddətli görüşə atasının gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1,720 qram marixuana və 1,970 qram tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", nazirlikdən bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…