Operativ Məlumat Mərkəzi

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - 25.08.2025

1 dəq
Paylaş:
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - 25.08.2025

Ədliyyə Nazirliyinin xidmətinin aparatının əməliyyat- tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212 qram heroin və 4,873 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax