Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb - FOTO

1 dəq
Paylaş:
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb - FOTO

Azərbaycanın naziri Nyu-Yorka işgüzar səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər. Görüşdə iki ölkə arasında siyasi dialoqun və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb.

Tərəflər həmçinin iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar sahələr və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Regional və məsələləri də müzakirə mövzusu olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax