Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Kayrat Sarıbayı qəbul edib

2 dəq
Paylaş:
Ceyhun Bayramov Kayrat Sarıbayı qəbul edib

naziri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritet və planlarını, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.

İcraçı direktor Kayrat Sarıbay Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla qeyd edib və sədr seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb.

bağlantıları, kimi mövzuların AQEM üçün hazırda ən aktual məsələlərdən olduğunu qeyd edən K.Sarıbay, bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.

Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, Azərbaycanın sədrliyi ilə keçiriləcək Nazirlər görüşünə və qarşıdan gələn Zirvə görüşünə hazırlıq, COP-29 çərçivəsində imkanları, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax