Əsas məzmuna keç

Ceyhun Bayramov BMT-nin Baş katibinə məktub göndərib

Ceyhun Bayramov BMT-nin Baş katibinə məktub göndərib

bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb. Məktubda bildirilir ki, Azərbaycan...

Azərbaycanın naziri BMT-nin Antoniu Quterrişə məktub göndərib, onu Ermənistanın humanitar vəziyyətlə bağlı manipulyasiyası barədə məlumatlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.

Məktubda bildirilir ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yardımı ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin Laçın sərhəd-keçid məntəqəsindən sərbəst keçməsini təmin edir və bu keçid məntəqəsindən hər gün orta hesabla 25-30 nəfər keçir.

Məktubda daha sonra qeyd olunur ki, Azərbaycan paralel olaraq Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi marşrutundan istifadə etməyi təklif edib və bunun üçün bütün lazımi şəraiti təmin etməyə hazır olduğunu bildirib.

Məktubda vurğulanır ki, tərəfi Azərbaycanın yardımından imtina etməkdə davam edir və bu, humanitar vəziyyətlə bağlı hazırkı manipulyasiyanın siyasi oyun olduğunu göstərir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…