Əsas məzmuna keç

Çavuşoğlu: “Türkiyə və Ermənistan quru sərhədinin açılması üzərində işləyir”

Çavuşoğlu: “Türkiyə və Ermənistan quru sərhədinin açılması üzərində işləyir”

bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına açıqlamasında bildirib. “Ermənistan səfirliyinin açılması yaxın...

Ermənistanın Türkiyədə səfirliyinin açılması yaxın vaxtlar üçün gündəmdə olmasa da, sərhəd-keçid məntəqələrinin açılması üzərində işləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına açıqlamasında bildirib.

səfirliyinin açılması yaxın vaxtlarda baş tutmaya bilər, əvvəlcə başqa addımlar atmalıyıq. Biz Ermənistan üçün hava məkanımızı açmışıq, yük uçuşları həyata keçirilir, qarşılıqlı hava əlaqəsi başlayıb, Ermənistan aviadaşıyıcıları hava məkanımız üzərindən üçüncü ölkələrə uça bilər. Amma yerüstü keçid məntəqələrinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşmalarımız var”, - o deyib.

Bununla belə, M.Çavuşoğlu quru keçidinin açılması halında bunun diplomatik pasport sahibləri və ya üçüncü ölkələrin adi vətəndaşları üçün keçərli olacağını dəqiqləşdirməyib.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…