Əsas məzmuna keç

Cabir İmanov vəfat edib - YENİLƏNİB

Cabir İmanov vəfat edib - YENİLƏNİB

o bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa...

Cabir İmanov edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu gün paytaxtın rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

**

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-ci il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə daxil olub.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…