Operativ Məlumat Mərkəzi

Bu rayonda cümə axşamı mərasimi ləğv olundu

2 dəq
Paylaş:
Bu rayonda cümə axşamı mərasimi ləğv olundu

Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, ziyalıların təşəbbüsünə əsasən artıq 11 ilə yaxındır ki, yas mərasimləri israfçılıqdan, təmtəraqdan uzaq və sadə şəkildə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Füzuli Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumata görə, ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su və yuxa olmaqla yeddi əsas predmetlə açılır.

Qeyd olunub ki, son 11 ildə yas yerlərinin tam formada təşkil olunması nəticəsində rayon əhalisi təxminən 19.1 milyona qədər vəsaitə qənaət edib:

“Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün hesabla 10-15 min AZN xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə dəfn xərcləri də daxil olmaqla orta hesabla 3000 AZN-nə qədər vəsait tələb olunur” - RİH-in məlumatında bildirilir.

O da qeyd olunub ki, 1 yanvar 2025-ci il tarixdən etibarən ziyalıların və Füzuli ictimaiyyətinin birgə təşəbbüsü, eləcə də səyyar qəbullarda səsləndirilən vətəndaş müraciətləri əsasında, cümə axşamları (bir cümə saxlanılmaqla) həyata keçirilmir:

“Bu təşəbbüsün bir aya yaxın müddətdə həyata keçirilməsinə baxmayaraq camaatımız tərəfindən çox müsbət qarşılanır və təbliğ olunur. Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini təşkil edir, həm də mərhumun dəfn oluması, qəbirüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax