Operativ Məlumat Mərkəzi

Bu küçələrdə hərəkət qismən məhdudlaşdırılacaq - 02.09.2025

1 dəq
Paylaş:
Bu küçələrdə hərəkət qismən məhdudlaşdırılacaq - 02.09.2025

Sentyabrın 2-də saat 23:00-dan Azneft dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Bakı Şəhər Halqası” Şirkətindən məlumat verilib.

Bildirilib ki, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı nəzərdə tutulmur.

Qeyd edək ki, 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

“Bakı Şəhər Halqası” sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax