Operativ Məlumat Mərkəzi

Bu il 90 uşaq övladlığa verilib

2 dəq
Paylaş:
Bu il 90 uşaq övladlığa verilib

Dövlət uşaq müəssisələrindən 103 uşaq reinteqrasiya tədbirləri nəticəsində öz ailəsinə qaytarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

2023-cü ilin ötən dövründə 90 uşaq övladlığa verilib. Onlardan 45 oğlan, 45 nəfəri isə qızdır.

İlham Əliyevin əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Reinteqrasiya tədbirləri də davam edir və həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 103 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 54-ü oğlan, 49-u qızdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax