Əsas məzmuna keç

Blinkendən Azərbaycan qazı ilə bağlı açıqlama

Blinkendən Azərbaycan qazı ilə bağlı açıqlama

bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Afinada Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşdən əvvəl deyib. "Məsələn, Bolqarıstan əvvəllər...

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) sayəsində növbəti il daxili ehtiyaclarını ödəmək üçün ehtiyac duyduğu qazın demək olar ki, 100 %-ini və ABŞ-dan idxal edə biləcək.

Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu ABŞ-ın Entoni Blinken Afinada Yunanıstanın naziri Nikos Dendias ilə görüşdən əvvəl deyib.

"Məsələn, Bolqarıstan əvvəllər təbii qaz təchizatında 90 % Rusiyadan asılı idi. Bu yaxınlarda istismara verilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu asılılığı aradan qaldırmağa imkan verir. IGB sayəsində Bolqarıstan növbəti il daxili ehtiyaclarını ödəmək üçün ehtiyac duyduğu qazın demək olar ki, 100 %-ini Azərbaycan və ABŞ-dan idxal edə biləcək”, - E.Blinken bildirib.

Xatırladaq ki, IGB interkonnektoru 2022-ci ilin payızında istismara verilib. Həmin vaxtdan etibarən Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil olunan və Cənub Qaz Dəhlizi, daha doğrusu onun Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə Avropaya nəql olunan qazın Yunanıstandan Bolqarıstana çatdırılmasına başlanılıb.

İnterkonnektor həmçinin əsasən ABŞ-dan tədarük olunan mayeləşdirilmiş təbii (LNG) Yunanıstanın reqazifikasiya terminallarından Bolqarıstana ötürməyə imkan verir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…