Əsas məzmuna keç

Blinken: ABŞ tərəflərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir

Blinken: ABŞ tərəflərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir

bunu ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Azərbaycanın Qarabağdakı ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıyıb-tanınmaması ilə bağlı sualı...

ABŞ Qarabağdakı hadisələr fonunda tərəflərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ Entoni Blinken ölkəsinin Azərbaycanın Qarabağdakı ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıyıb-tanınmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Dövlət katibinin sözlərinə görə, söhbət suverenlik, ərazi bütövlüyü, müstəqillikdən gedirsə, bu məsələlərdə maraqlı olan hər bir tərəfi ABŞ dəstəkləyir.

Blinken vurğulayıb ki, ABŞ son 24 saat ərzində rəsmi baş tutmuş müzakirələrdə iştirak edən rəsmi Bakı və Qarabağdakı etnik ermənilərin nümayəndələri də daxil olmaqla, bu məsələlərdə maraqlı olan bütün tərəflərlə sıx əlaqə saxlayır.

Onun sözlərinə görə, ABŞ-ın istəyi dialoqlara, danışıqlara və məsələlərin diplomatik yolla həllinə qayıtmaqdır.

katibi həmçinin bu həftə Ermənistanın Baş naziri Nikol Paşinyan və İlham Əliyevlə əlaqə saxlamaq fürsətinin olduğunu qeyd edib.

“Regionda sülhə nail olmaq həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verən bir məsələdir. Prezidenti və Baş naziri hər ikisi bu məsələnin həlli üçün səy göstərib və sülhün təmin olunması Avropa İttifaqı ilə birlikdə ABŞ tərəfindən dəstəklənir”, - AB, dövlət katibi əlavə edib.

Blinken onu da əlavə edib ki, ABŞ-ın da dəstəklədiyi davamlı sülh hər iki ölkəyə, regiona böyük fayda verəcək.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…