Operativ Məlumat Mərkəzi

Bəzi bölgələrdə yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bəzi bölgələrdə yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Azərbaycanın əksər yerlərində avqustun 12-si saat 09:00-a olan məlumata əsasən yağıntılı müşahidə edilib. Bəzi yerlərdə leysan xarakterli olub, çaxıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Astarada 14, Balakəndə 10, Lənkəranda 8, Qubada 6, Zaqatala, Qəbələ, Qaxda 5, Göyçay, Lerik, Goranboy, Ordubadda 2, (Kişçay), , Qobustan, Altıağac, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Neftçala, Yardımlı, Daşkəsən, Gəncə, Tovuz, Cəbrayıl, eləcə də Bakıda və yarımadasında 1 mm təşkil edib.

Avqustun 11-də bəzi yerlərdə şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 21, Tərtərdə 18 m/s-dək güclənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax