Operativ Məlumat Mərkəzi

“Beşiktaş” “Neftçi” ilə oyun üçün heyəti açıqlanıb

2 dəq
Paylaş:
“Beşiktaş” “Neftçi” ilə oyun üçün heyəti açıqlanıb

UEFA Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq klubu “”ın Bakıya gətirəcəyi heyət açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in İstanbul təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, bu gün Azərbaycana yollanacaq komandanın heyətində 23 oyunçu yer alacaq.

Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü hücumçudur. Baş məşqçi Günəş iştirak ərizəsində yer alan Emir Yaşar, Göktuğ Baytekin, Artur Masuaku, Aytuğ Kömeç, Raşid Gezzal, Berkay Vardar, Emirhan Delibaş, Cenk Tosun, Azad Dəmir və Mustafa Həkimoğlunun İstanbulda qalmalarını qərara alıb.

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran.
Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur , 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 77. Umut Meraş.
Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut.
Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax