Əsas məzmuna keç

Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanır

Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanır

Tender keçirilməklə Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanır. Bunu "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Su...

keçirilməklə su anbarının texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanır.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, və Elm şöbəsinin müdiri Riad Axundzadə deyib.

Onun sözlərinə görə, sənədlərin hazırlanmasının bu ilin ortalarında başa çatdırılması nəzərdə tutulur: “Su anbarının həcmi 67 milyon kubmetr olacaq. Su anbarı suvarma və içməli su təyinatlıdır”.

R.Axundzadə qeyd edib ki, Qubadlı rayonu ərazisində Bərgüşadçay su anbarının və ondan ayrılan 62 km uzunluğunda magistral boru xəttinin layihə sənədləri əsasında tikintisi ilə Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda 12 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur: “Eyni zamanda, “Qız Qalası” hidroqovşağından çıxan kanalın qidalandırılması Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Masallı rayonlarında su istehlakçılarını yüksək keyfiyyətli içməli su ilə təmin edəcək. Bu, təqribən 1 milyon nəfəri əhatə edir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…