Əsas məzmuna keç

Bərdədə yaşayış evində uçqun olub

Bərdədə yaşayış evində uçqun olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə şəhəri, Səttarxan küçəsində birmərtəbəli yaşayış evində baş verən uçqun nəticəsində...

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə şəhəri, Səttarxan küçəsində birmərtəbəli evində baş verən uçqun nəticəsində vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində qiymətləndirilərkən məlum olub ki, birmərtəbəli dördotaqlı fərdi yaşayış evinin bir otağının tavanının uçması nəticəsində 1929-cu il təvəllüdlü İbrahim İsmayıl oğlu və 1940-cı il təvəllüdlü Mirzəyeva Arəstə Cəlal qızı uçqun altında qalıblar.

FHN-in yanğınsöndürən-xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar İ.Mirzəyev və A.Mirzəyeva xilas ediliblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…