Operativ Məlumat Mərkəzi

Bərdədə ƏMƏLİYYAT - 20 şəxs saxlanıldı

1 dəq
Paylaş:
Bərdədə ƏMƏLİYYAT - 20 şəxs saxlanıldı

Rayon Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı - tədbirləri uğurla davam etdirilir.

DİN-in Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Onlardan 16 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ümumilikdə isə 7 kiloqramdan artıq - marixuana, heroin və metamfetamin, eləcə də metadon və tramadol həbləri aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Qeydə alınan faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax