Operativ Məlumat Mərkəzi

BƏƏ İrandakı Azərbaycan səfirliyinə olan hücuma qarşı kəskin münasibət bildirildi

2 dəq
Paylaş:
BƏƏ İrandakı Azərbaycan səfirliyinə olan hücuma qarşı kəskin münasibət bildirildi
bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. “BƏƏ bu cinayət əməllərini qətiyyətlə pisləyir və təhlükəsizlik, sabitliyə xələl...

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın İrandakı Səfirliyində törədilən aktını kəskin şəkildə pisləyib.

“Operativ Məlumat Mərkəzi -OMM ” xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“BƏƏ bu cinayət əməllərini qətiyyətlə pisləyir və , sabitliyə xələl gətirməyə yönəlmiş hər cür zorakılıq və terrorizmi rədd edir”, - bəyanatda bildirilir.

BƏƏ XİN vurğulayıb ki, işi tənzimləyən qaydalara və nizamnamələrə uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsini təmin etmək lazımdır.

Nazirlik, həmçinin Respublikasına və xalqına, o cümlədən həyatını itirən təhlükəsizlik əməkdaşının yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, yanvarın 27-də vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax