Operativ Məlumat Mərkəzi

BDYPİ sürücülərə müraciət etdi - 03.11.2025

2 dəq
Paylaş:
BDYPİ sürücülərə müraciət etdi - 03.11.2025

Hazırda paytaxtda, eləcə də respublikanın -ayrı bölgələrində yağışlı və çiskinli hava, bəzi yol sahələrində isə duman müşahidə olunur. Belə şəraitdə görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması vasitələrinin hərəkətini çətinləşdirir, qəza ehtimalını artırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsinin (BDYPİ) müraciətində bildirilib.

Müraciətdə sürücülərdən və piyadalardan belə hava şəraitində yollarda xüsusi və ehtiyatla hərəkət etmək xahiş edilib.

"Sürücülərə tövsiyə olunur ki, sürət həddini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, ötmə və manevretmə zamanı xüsusilə diqqətli , həmçinin şüşəsilən və işıq cihazlarının, o cümlədən təkərlərin saz vəziyyətdə olmasına əmin olsunlar.

Piyadalar isə yalnız müəyyən olunmuş keçidlərdən keçməli, yağış və çiskin zamanı görünməni artıran işıq əks etdirən geyimlərə üstünlük verməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hava şəraitindən asılı olmayaraq diqqət və məsuliyyət hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin əsas təminatıdır", - müraciətdə vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax