Əsas məzmuna keç

BDU məzunları dövlət qulluğu imtahanlarındakı nəticələrə görə liderdir

BDU məzunları dövlət qulluğu imtahanlarındakı nəticələrə görə liderdir

Bakı Dövlət Universiteti (BDU) məzunlarının Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə ölkədəki ali təhsil...

Bakı Dövlət Universiteti (BDU) məzunlarının Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə ölkədəki müəssisələri arasında liderdir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BDU-dan məlumat verilib.

Qeyd olunub ki, ötən il ərzində Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə A və B növləri üzrə hər 6 olmaqla ümumilikdə 12 test imtahanı keçirib. İmtahanlarda iştirak edən 16 200 namizəddən 4 709 uğurlu nəticə əldə edib.

Test imtahanlarında uğur əldə sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən, BDU birinci yerdə qərarlaşıb. Test imtahanlarında uğur əldə edən 4709 nəfərdən 1032-si BDU-nun məzunudur. Bu, dövlət qulluğu imtahanlarında uğur qazanan namizədlərin 22 faizi deməkdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…