Operativ Məlumat Mərkəzi

Baş prokuror: Azad olunmuş ərazilərdə hüquq və ədalətin qorunması müqəddəs borcdur

1 dəq
Paylaş:
Baş prokuror: Azad olunmuş ərazilərdə hüquq və ədalətin qorunması müqəddəs borcdur

Bu gün şəhidlərimizin qanı bahasına azad torpaqlarda hüququn, ədalətin və sülhün qorunması hər birimizin borcudur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Kamran Əliyev Zəngilanda keçirilən "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, hər bir məmur, o cümlədən prokurorluq əməkdaşları bu amalın icrasında öz məsuliyyətini dərindən dərk etməli, vəzifələrini vicdanla, ləyaqətlə icra etməlidirlər: "Torpaqlarımızın işğaldan azad edilməsindən sonra, Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Xankəndi şəhər, Qubadlı, Kəlbəcər və Ağdam hərbi prokurorluqları yaradılıb. Hazırda adları qeyd edilən prokurorluqların hər birində xidməti fəaliyyətin icrası məqsədilə zəruri şərait təmin edilib, ştat vahidlərinin komplektləşdirilməsi həyata keçirilib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax