Operativ Məlumat Mərkəzi

Bakının Zərifə Əliyeva küçəsində zolaqlar standartlara uyğunlaşdırılaraq yenilənib

2 dəq
Paylaş:
Bakının Zərifə Əliyeva küçəsində zolaqlar standartlara uyğunlaşdırılaraq yenilənib

Bakının Zərifə küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli zolağı təşkil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, küçənin sağ tərəfində mövcud parklanma yerləri saxlanılıb. Eyni zamanda velosiped zolaqları təşkil edilən hissələrdə ciblər olan yerlərdə də parklanma yaradılıb. Sürücülər müəyyən edilmiş hissələrdən mikromobillik istifadəçilərinə mane olmamaq şərtilə parklanma yerlərinə daxil ola bilərlər.

"Belə həllər təcrübədə də geniş yayılıb. Belə ki, Amerika Şəhər Nəqliyyat Peşəkarlarının Milli Assosiasiyası tərəfindən də velosiped zolaqlarının təşkili sahəsində həll yollu kimi tövsiyə edilir", - deyə məlumatda qeyd olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax