Operativ Məlumat Mərkəzi

Bakının və Ağdaşın bir hissəsində qaz olmayacaq

2 dəq
Paylaş:
Bakının və Ağdaşın bir hissəsində qaz olmayacaq

Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 23-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq. Qaz təchizatı müddətdə M.Hadi, Sarayevo, Q.Nəbi, kənd Əhmədli qəsəbəsi, , A., R.Quliyev Babək küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin “Ağdaş” qazpaylayıcı stansiyasında (QPS) yeni qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə “Ağdaş” ölçü qovşağından bu gün saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Ağdaş şəhərinin bir hissəsinin, 1 qəsəbə və 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax