Əsas məzmuna keç

Bakının İsa bulağı küçəsinin bir hissəsi təmir edilir

Bakının İsa bulağı küçəsinin bir hissəsi təmir edilir

bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 p/metr...

Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonundakı İsa küçəsinin Akademik Həsən küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan 240 metrlik hissəsini təmir edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 p/metr səki və bordür daşları yenilənib, 890 kvadratmetr piyada səkiləri bərpa olunub.

Daha sonra əks-dolğu işləri icra olacaq, küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənəcək, küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni barmaqlıqlarının quraşdırılması işləri də aparılacaq.

Sonda üfüqi nişanlanma xətləri çəkiləcək, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılacaq.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…