Əsas məzmuna keç

Bakıda atmosfer havasında dəm qazının miqdarı normadan artıqdır

Bakıda atmosfer havasında dəm qazının miqdarı normadan artıqdır

Bakının havasında dəm qazının normanı 1.6 dəfə ötüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və , şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir:

“Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.6, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.1, Sumqayıt şəhərində 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…