Əsas məzmuna keç

Bakıda polis avtomobili qadın piyadanı vuraraq öldürüb

Bakıda polis avtomobili qadın piyadanı vuraraq öldürüb

Bakı-Salyan şosesində, "" çimərliyinin qarşısından keçən avtomobili qadın piyadanı öldürüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Dövlət İdarəsindən daxil olan məlumata əsasən, saat 18:40 radələrində "Mercedes" markalı 99-YP-849 dövlət nömrə nişanlı patrul avtomobili sürət həddi yüksək olan yolda, yolun müəyyən olunmayan hissəsindən anidən yola daxil olan 30-35 yaş arası qadını vurub: "Hadisə baş verən ərazidə müşahidə kameralarına baxış zamanı qadının anidən yola daxil olaraq yolu qaçaraq keçmək istədiyi aydın görünür. Bu zaman qəza baş verib, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…