Əsas məzmuna keç

Bakıda əl qumbarası zərərsizləşdirilib

Bakıda əl qumbarası zərərsizləşdirilib

Bakıda əl qumbarası zərərsizləşdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyi və Xidmətin xidmətlərindən birgə məlumat daxil olub.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış nəticəsində Rizayev Nurlan Əlirza oğluna məxsus 1 ədəd “M-75” markalı əl qumbarası, 1 ədəd partladıcı, 18 ədəd 7,62 mm gülləsi, 1 ədəd avtomat darağı Nərimanov rayonu, Ziya Bünyadov prospektində körpünün altında aşkar edilərək götürülüb.

Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…