Operativ Məlumat Mərkəzi

Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və partladıcı aşkarlanıb

2 dəq
Paylaş:
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və partladıcı aşkarlanıb
bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində sursat aşkar...

Bakıda tətbiqinə yararlı əl qumbarası və partladıcı aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in “112” telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində sursat edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax