Əsas məzmuna keç

Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub

Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub

Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi planına əsasən, Belarus ilə “Pilotsuz aviakomplekslərin və pilotsuz uçuş aparatları operatorlarının hazırlanması sahəsində əməkdaşlığa dair işçi görüş” keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı insansız hava sistemləri sahəsində ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirərək maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…